Fransada şənbə günü (28 noyabr – Red) "Qlobal təhlükəsizlik haqqında” qanundan narazı olan şəxslərin keçirdiyi etiraz aksiyaları zamanı baş verən iğtişaşlarda hüquq-mühafizə orqanlarının 60-dan çox əməkdaşı xəsarət alıb.
"Report” xəbər verir ki, bu barədə Fransanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bundan başqa, polis əməkdaşları etiraz aksiyalarında iştirak edən 80 şəxsi saxlayıb.
Qeyd edək ki, Fransa vətəndaşları "Qlobal təhlükəsizlik haqqında” qanun layihəsinin 24-cü maddəsinə etiraz edirlər.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !