Noyabrın 13-də Paristə törədilən terror aktlarında ölənlərin sayı 130-a çatdı.
Həmin hücumlarda xəsarət alanlardan biri noyabrın 20-də xəstəxanada keçinib.
Bu barədə ölkənin baş naziri Manuel Valls məlumat verib.
Bu terror aktlarında 350 nəfər yaralanıb.
Hücumlara görə cavabdehliyi İslam Dövləti qrupu üzərinə götürüb.
Fransa bundan sonra Suriyada bu qrupa qarşı hava zərbələrini intensivləşdirib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !