Fransanın daxili işlər naziri Bernar Kaznev ölkədəki bəzi məscidlərin bağlanacağını deyib.
ANS PRESS-in məlumatına görə, Kaznev bu barədə yerli "France-2” telekanalına verdiyi açıqlama zamanı danışıb. Nazir, kin və nifrəti təbliğ və təşviq edən məscidlərin bağlanacağını deyib.
Bundan əvvəl isə Fransanın baş naziri Manuel Vals nifrəti təşviq edən əcnəbi müsəlman din xadimlərinin ölkədən deportasiya olunacağını demişdi.
Noyabrın 13-də cümə gününün gecəsi Fransanın paytaxtı Parisdə yüzlərlə insanın ölümü və yaralanması ilə nəticələnən 6 terror hadisəsi baş vermişdi. Terakt nəticəsində 132 nəfər ölmüş, 349 nəfər isə yaralanmışdı.
Faktla bağlı keçirilən əməliyyatlar zamanı 7 terrorçu da məhv edilmişdi. Hadisənin məsuliyyətini İŞİD terror qruplaşması öz üzərinə götürmüşdü.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !