Fransada müsəlman nazirə irqçi hücum

18:25 | 04.09.2014
Fransada müsəlman nazirə irqçi hücum

Fransada müsəlman nazirə irqçi hücum

Fransada sağçı jurnallar Nazirlər Kabineti dəyişikliyindən sonra Mərakeş əsilli müsəlman Najat Vallaud Belkacemin Milli Təhsil naziri vəzifəsinə təyin olunmasına sərt reaksiya göstəriblər. 

ANN.Az Türk mətbuatına istinadən xəbər verir ki, sağçı “Minute” jurnalının son sayı, “Mərakeşli bir müsəlman Milli Təhsil Nazirliyini idarə edəcək. Najat Vallaud Belkacemin Təhsil naziri olması provakasiyadır” başlığı ilə nəşr olunub. 

“Valeurs Actuelles” jurnalı da bu həftədəki sayını Najat Vallaud Belkacemin Milli Təhsil naziri vəzifəsinə gətirilməsinə ayırıb. Fransız jurnal, “Ayətullah” adlandırdığı yeni nazir haqqında təhqiramiz ifadələr işlədib. 

 Vallaud Belkacem isə ona qarşı hücumlarla əlaqədar, "İrqçilik bir fikir deyil günahdır. Mən yalnız mənə hörmət göstərilməsini istəyirəm "deyib. Najat Vallaud Belkacem prezident Fransua Ollandın ən çox güvəndiyi və qoruduğu nazirlər arasında yer alır. 

 ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM