Fransada Olimpiadanın açılışı günü dəmiryol şəbəkəsinə hücum edilib

14:58 | 26.07.2024
Fransada Olimpiadanın açılışı günü dəmiryol şəbəkəsinə hücum edilib

Fransada Olimpiadanın açılışı günü dəmiryol şəbəkəsinə hücum edilib

Parisdə 2024-cü il Yay Olimpiya Oyunlarının açılışı günü naməlum şəxslər Fransanın TGV yüksək sürətli qatar şəbəkəsinə hücum edərək, ölkənin bəzi dəmir yolu xətlərinin işində fasilələrə səbəb olub. Bu barədə Reuters məlumat yayıb. 
 
"Vandallar Fransanın TGV yüksəksürətli qatar şəbəkəsini koordinasiya olunmuş silsilə hücumlarda hədəfə alıblar ki, bu da ölkənin ən işlək dəmir yolu xətlərinin bəzilərində böyük fasilələrə səbəb olub”, - məlumatda deyilir. 
 

Yay Olimpiya Oyunlarının açılış mərasimi iyulun 26-da Sena çayı üzərində baş tutacaq. Müsabiqənin özü avqustun 11-dək davam edəcək.
 

2022-ci il fevralın sonunda Beynəlxalq Olimpiya Komitəsi beynəlxalq idman federasiyalarına müraciət edərək, Rusiya və Belarus idmançılarını heç bir yarışa buraxmamağı tövsiyə edib. 2023-cü ilin sonunda təşkilat rus və belarusların 2024-cü il Olimpiya Oyunlarına neytral idmançı kimi qəbul edilməsi barədə qərar qəbul edib. İştirak etmək üçün onlar bir sıra tələbləri yerinə yetirməli və vəsiqə qazanmalı idilər.
 
Gülnar 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM