Fransada pensiya islahatına qarşı 600 min insanın mitinq keçirəcəyi gözlənilir

09:47 | 04.06.2023
Fransada pensiya islahatına qarşı 600 min insanın mitinq keçirəcəyi gözlənilir

Fransada pensiya islahatına qarşı 600 min insanın mitinq keçirəcəyi gözlənilir

Hüquq-mühafizə orqanları iyunun 6-da bütün Fransada keçiriləcək pensiya islahatına qarşı etiraz aksiyasında 400-600 min nəfərin iştirakını gözləyir.

Bu barədə "Le Figaro” qəzeti polisin məlumatlarına istinadən xəbər verib.

Nəşr vurğulayır ki, bəzi şəhərlərdə 10 mindən çox insan küçələrə çıxa bilər. Söhbət Qrenobl, Lion, Nant və Tuluzadan gedir.

Bildirilir ki, hakimiyyət qarşıdan gələn nümayişlərdə iğtişaş törədilməsindən ehtiyat edir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb