anews.az Report-a istinadən xəbər verir ki, ölənlər Sen-Bartelemi və Sen-Marten sakinləri olub.
Qasırğa zamanı küləyin sürəti 260 km/saatı ötüb və şiddətləndiyi zaman 380 km/saata çatıb. Üç aylıq norma həcmində yağıntı düşüb. Küləyin təsiri nəticəsində dənizdə suyun səviyyəsi 5 metr artıb, dalğaların hündürlüyü 12 metrə çatıb.
Nəticədə, qasırğanın baş verdiyi Sen-Marten və Sen-Bartelemi adalarında elektrik stansiyaları sıradan çıxıb. Bir çox evlərin dam örtükləri uçub. Yanğınsöndürmə hissələrində yanğınsöndürən maşınlar su altında qalıb.
Əlaqə, demək olar ki, tamamilə kəsilib. Hazırda Fransa hökuməti adalara xilasetmə dəstələri və həkimlər cəlb edir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !