Fransadan Bakıya 151 avtobus gətiriləcək

13:43 | 17.05.2014
Fransadan Bakıya 151 avtobus gətiriləcək

Fransadan Bakıya 151 avtobus gətiriləcək

Bakıda 2015-ci ildə keçiriləcək I Avropa Oyunları ilə əlaqədar Fransanın “CNH Industrial” brendi olan “İveco Bus” şirkəti tərəfindən Bakıya “Crealis” markalı 151 ədəd yeni avtobus gətiriləcək.

“APA-Economics”in “İveco bus” şirkətinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bununla bağlı Bakı şəhər İcra Hakimiyyəti ilə "İveco Frans" şirkəti arasında dəyəri 50 mln. avro təşkil edən müqavilə imzalanıb.Bütün avtobuslar Fransanın Annone şəhərində “İveco Bus” fabrikində hazırlanacaq və Burbon-Lansi şəhərində istehsal edilmiş “Iveco Cursor 8 CNG” mühərriki ilə təchiz ediləcək.Qeyd edək ki, “Crealis” modelindən olan avtobuslar sərnişinlərin giriş-çıxışını asanlaşdırmaq, eləcə də fiziki imkanları məhdud olan insanların istifadəsini daha da rahatlaşdırmaq üçün alçaq səthi döşəmə ilə təchiz olunur. Şirkətin məlumatına görə, bu modeldən olan avtobuslar stexiometrik yanma prosesi ilə təchiz olunduğundan, “Iveco Cursor 8” mühərrikinin xüsusi filtr cihazına ehtiyacı yoxdur. Avtomobillərin mühərriklərinin texnologiyaları “Avro-4” standartlarına cavab verir.“İveco France" şirkətinin prezidenti Pyer Lahut bildirib ki, bu avtobuslar ekoloji təmiz avtomobillərdir: “Aparıcı Avropa istehsalçısı kimi bizim istehsal etdiyimiz 5 000  avtobus bütün Avropa boyu istismar olunur”.ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM