Fransadan Əsəd rejiminə dəstək jesti

11:26 | 26.09.2014
Fransadan Əsəd rejiminə dəstək jesti

Fransadan Əsəd rejiminə dəstək jesti

İŞİD-ə qarşı mübarizə aparacaq hər bir dövlətə yardım etməyə hazırıq - belə bir açıqlama ilə Fransa prezidenti Fransua Olland dünən keçirilən Müdafiə Şurasının iclasından sonra çıxış edib.

ANN.Az Fransa mətbuatına istinadən xəbər verir ki, Fransanın bu qərarı Əsəd rejiminə dəstək mesajı olaraq qəbul edilir. Bildirilir ki, əgər Əsəd rejimi Fransaya müraciət edərsə, bu ölkə də Suriya torpaqlarında İŞİD-ə qarşı hava əməliyyatlarına qatıla bilər.Fransanın müdafiə naziri Jin-Yves Le Drian fransız turist Herve Gourdelin Əlcəzairdə İŞİD-ə bağlı "Xilafət əsgərləri" adlı təşkilat tərəfindən qətlə yetirilməsinin ardından Suriya torpaqlarında İŞİD-ə qarşı əməliyyat məsələsi masaya oturdulub.Fransa Müdafiə Şurasının iclasında ölkədə baş verə biləcək silahlı hadisələrlə bağlı ictimaiyyəti məlumatlandırmaq, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, eləcə də Suriyadakı müxalifətə dəstəyin artırılması qərarlarının alındığı deyilir.Eyni zamanda ölkənin müdafiə naziri İraq ərazisində İŞİD-ə qarşı yeni əməliyyatların həyata keçiriləcəyini bildirib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM