Fransadan Moskvaya ağır zərbə

10:37 | 25.06.2015
Fransadan Moskvaya ağır zərbə

Fransadan Moskvaya ağır zərbə

Fransa hakimiyyəti Rusiyaya məxsus 300 milyona yaxın avroluq bank hesablarını dondurub. Buna səbəb Rusiyada həbsxanada dünyasını dəyişmiş vəkil Sergey Maqnitskinin aşkarladığı gizli və fırıldaq əməliyyat ilə bağlı aparılan təhqiqat olub.

ANS PRESS-in məlumatına görə, Fransadan olan müstəntiqlər ötən ildən başlayaraq Rusiyadan nağd pulun çıxarılıb yuyulmasını araşdırırlar.

Araşdırma ilə bağlı iddianı S.Maqnitskinin vaxtilə işlədiyi "Hermitage Capital" İnvestisiya Fondu qaldırıb və bildirib ki, külli miqdarda vəsaitin bir hissəsi Fransa və Luksemburq vasitəsilə silinib.

Xatırladaq ki, S.Maqnitski ümumilikdə 230 milyon dollarlıq fırıldaq əməliyyatın üstünü açıb və sonra həbsxanada müəmmalı şəkildə dünyasını dəyişib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM