Fransadan Rusiyaya şok! - QADAĞA

19:03 | 04.09.2014

Rus generallarının 2008-ci ildə haqqında "Elə bir gəmimiz olsaydı, Gürcüstanı 40 dəqiqədə məğlub edərdik" dedikləri “Mistral”ın Rusiyaya satışı Fransa tərəfindən təxirə salınıb. 

ANN.Az-ın xarici mətbuata istinadən xəbərinə görə, Fransanın Rusiyaya satdığı, amma hələ təhvil vermədiyi hərbi gəmilərinin təhvilini təxirə salması ilə bağlı xəbərlər yayılıb.Fransa hökuməti qərarın Ukrayna böhranına görə verildiyini bildirib. 

Şərhdə, atəşkəs olmasına baxmayaraq, Ukraynadakı vəziyyətin döyüş gəmilərinin çatdırılması üçün "uyğunsuz" olması ifadə olunub."Mistral" adlandırılan 2 döyüş gəmisinin satışı üçün 2011-ci ildə Rusiya ilə Fransa arasında, dəyəri 1,2 milyard avro olan saziş imzalanmışdı. 

Gəmilərdən birinicisinin bu il oktyabr ayında Rusiyaya təhvil verilməsi ilə bağlı razılıq əldə olunmuşdu.Ukrayna böhranı başlanğıcından bu yana başda ABŞ və İngiltərə olmaqla, bir çox Qərb ölkəsi texnoloji ticarət kimi dəyərləndirərək bu satışa qarşı çıxmışdılar. Ancaq Paris bu günə qədər bu kimi çağırışlara reaksiya vermirdi.

Gerçək bir döyüş maşını olan "Mistral" göyərtəsində 16 ədəd hücum vertolyotu, 40 ədəd müharibə tankı və ya 13 müharibə tankının da iştirak etdiyi 70 ədəd zirehli vasitə, 4 amfibiya botu və 450 tam təchizatlı hərbiçi daşıya bilir.  

"Mistral" hücum texnikası ilə bərabər, müdafiə məqsədli 2 Simbad hava müdafiə mərmisi, 2 ədəd 30 mm Breda-Mauzer topu və 4 ədəd 12.7 mm-lik pulemyota da malikdir. 

 ANN.Az

Tərəfdaşların xəbərləri

REKLAM

Xəbər lenti