Xərclərin ciddi azaldılmasına baxmayaraq Fransada büdcə kəsiri artmağa davam edəcək
2016-cı il üçün avrozonada ən böyük büdcə kəsiri Fransanın payına düşəcək.ANN.Az ANS PRESS-ə istinadən məlumat verir ki, bu barədə “The Guardian” nəşrinin proqnozunda qeyd edilir.Nəşrin hökumətdə olan mənbəsinin bildirdiyinə görə, Fransa hakimiyyəti öz öhdəliklərini etmə iqtidarında deyil və büdcə kəsirini ÜDM-dən 3 faiz azalda bilmir. Beləliklə proqnoza əsasən gələn il ölkədə büdcə kəsiri 4,4 faiz, ondan sonrakı il isə 4,7 faiz olacaq ki, gözləntilərə görə bu avrozona üçün ən böyük büdcə kəsiri olacaq.
Qeyd edək ki, Fransa üçün belə bir proqnozu Avropa komissiyasında da göstəriblər. Təşkilatın müvafiq sənədində 2014 və 2015-ci illər üçün ölkənin iqtisadi artımının az olacağı bildirilir. Buna görə də xərclərin ciddi azaldılmasına baxmayaraq Fransada büdcə kəsiri artmağa davam edəcək.
Qeyd edək ki, iqtisadiyyatda durğunluğun yaşanması hazırki ölkə prezidenti Ollandın reytinqini çox aşağı səviyyəyə düşürüb.Öz növbəsində eks prezident Nikolya Sarkozi də iqtisadi problemləri bayraq edərək siyasətə qayıdışını elan edib.
ANN.Az