Fransanın Azərbaycandakı yeni səfiri: “Azərbaycan tolerantlıq nümunəsidir”

21:28 | 19.11.2015
Fransanın Azərbaycandakı yeni səfiri: “Azərbaycan tolerantlıq nümunəsidir”

Fransanın Azərbaycandakı yeni səfiri: “Azərbaycan tolerantlıq nümunəsidir”

Fransanın Azərbaycandakı yeni səfiri Oreliya Buşez yerli media nümayəndələrini qəbul edib.
 
APA-nın xəbərinə görə, Oreliya Buşez Azərbaycanda olmaqdan məmnunluq duyduğunu bildirib.
 
Oreliya Buşez qeyd edib  ki, Fransa və Azərbaycan prezidentlərinin qarşılıqlı səfərləri ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu göstərir. Onun sözlərinə görə, Parisdə baş verən terror aktlarından sonra çoxlu sayda sadə vətəndaşdan tutmuş yüksək səviyyəli şəxslərədək  Azərbaycan vətəndaşları Fransa xalqına dəstək ünvanlayıblar: "Bu, Azərbaycanın tolerantlıq nümunəsi olmasının göstəricisidir. Biz bu halı yüksək qiymətləndiririk.”
 
Səfir gələcək fəaliyyətində əsas istiqamətin Fransa prezidenti Fransua Ollandın Azərbaycana son səfəri zamanı irəli sürülən planların həyata keçirilməsi olacağını da diqqətə çatdırıb. Oreliya Buşez, həmçinin,  Azərbaycanla iqtisadi əməkdaşlığın enerji, nəqliyyat, kənd təsərrüfatı turizm kimi sahələr üzrə də uğurla inkişaf etdiyini bildirib.
 
"Azərbaycana gəlməzdən öncə ölkənin güclü mədəniyyətə, iqtisadi inkişafa malik olduğunu,  1918-ci ildə qadınlara səs vermək hüququ vermiş, memarlığı ilə seçilən ölkə olduğunu bilirdim. Bakıya gələndə heyran qaldım. Bakının düşündüyümdən də gözəl olduğunu gördüm. İçərişəhər çox gözəldir. Müasir binalar  isə memarlığın şedevrləridir”, deyə səfir bildirib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM