Fransanın iqtisadiyyat naziri Emmanuel Makro tərəfindən qəbul edilmiş qanunun maddələrindən biri Fransanın ən böyük telekommunikasiya şirkəti olan «Orange» şirkətini ölkə ərazisində yerləşdirilmiş on minlərlə telefon köşkünə xidmət etmə öhdəliyindən azad edir. Bu öhdəlik operatora hər il 8 milyon avroya başa gəlirdi.
«ICTnews.az» saytı «»euromag.ru» saytına istinadən yazır ki, yaxın illərdə bu göstərici daha da arta bilərdi, çünki əlillərin telefon köşklərindən istifadəsini sadələşdirmək üçün 300 milyon avro məbləğində əlavə xərc lazım idi.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !