"Zəhra adlı azyaşlı azərbaycanlı davam edən Dağlıq Qarabağ münaqişəsinin növbəti qurbanına çevrildi. Təxribatları davam etdirən Ermənistan uşağın və onun nənəsinin ölümündə birbaşa məsuliyyət daşıyır”.
anews.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Fransanın nüfuzlu nəşrlərindən biri olan "Le Monde” qəzeti yazır.
Məqalədə qeyd olunub ki, bu azyaşlı uşaq və onun nənəsi elan olunmamış müharibə şəraitində davam edən zorakılıq səbəbindən həlak oldular: "İnternetdə yayılan fotolar dəhşətlidir. Onların ölümü Ermənistanın açıq-aşkar təcavüzkar siyasətinin nəticəsidir”.
Müəlliflər yazır ki, beynəlxalq ictimaiyyətin uzun illər davam edən laqeydliyi şəraitində bu gün Fransa münaqişənin həllində mühüm rol oynayır: "Ona görə də ATƏT-in Minsk qrupunun həmsədri qismində Fransa Ermənistanı beynəlxalq hüquq normalarına əməl etməyə çağırmalı və hər şeyi etməlidir ki, Yerevan öz siyasətinə görə cəzalandırılsın”.
Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !