Parisdə naməlum şəxslər Fransanın sabiq dövlət katibi və Eson departamentini təmsil edən senator Jan Vinsen Plaseyə hücum ediblər.
anews.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hücumun qarət məqsədi ilə törədildiyi ehtimal edilir.
Jan Vinsen Plase keçmiş prezident Fransua Ollandın administrasiyasında dövlət islahatlaşdırılması məsələləri üzrə dövlət katibi vəzifəsində çalışıb.
İnsident sentyabrın 3-nə keçən gecə baş verib. Cinayətkarlar sabiq məmurdan 7 min avro dəyərində saatını əlindən almağa çalışarkən onun baş nahiyəsinə xəsarət yetiriblər.
Hələlik insidentlə əlaqədar saxlanılan yoxdur.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !