Fransız bayrağını söyənlər - YAZI

18:10 | 17.11.2015
Fransız bayrağını söyənlər - YAZI

Fransız bayrağını söyənlər - YAZI

Aliyə İsmayılzadə

Parisdə baş verən terror hadisəsi təkcə dünyanı şoka salmadı, planetin müxtəlif bucaqlarında yaşayalara dəhşət hissləri yaşatmadı, həm də Azərbaycanın sosial cəhətdən aktiv olan virtual əhalisi arasında gərginliyə səbəb oldu, onu iki düşərgəyə böldü. 

Bəndənizin də daxil olduğu birinci düşərgədə təmsil olunanlar Mark Zukerberqin təklifi əsasında fransız xalqıyla həmrəyliklərini bildirmək, terrordan ölən bütün dinc sakinlərin xatirəsini anmaq üçün "Facebook” profil fotolarını Fransa bayrağının rəngləriylə boyadılar.

İlk baxışda çox normal hərəkət kimi görünən, hər bir normal insanın edə biləcəyi kimi başqasının kədərini və ağrısını bölüşmək üçün edilən bu jest ikinci düşrgənin təmsilçilərində qeyri-adekvat, hətta mən deyərdim məntiqlə izah oluna bilinməyən reaksiyaya səbəb oldu. 

"Facebook” səhifələri fransızlara qarşı heç bir mərhəmət tanımayan isterik çığırtılarla dolub daşdı:

1. Fransızlar erməniləri sevirlər
2. Fransızlar müsəlmanları sevmirlər
3. Olanlara görə onlar özləri məsuliyyət daşıyırlar, başqa ölkələrə burun soxmaq lazım deyildi. 
4. Onlar bizimlə həmrəy olmadılar, Xocalıda gül qoymadılar. 
5. Fransızların hamısı homoseksual və iyrəncdirlər, ölsələr yaxşıdır. 

Bütün bunları yazanlar və yazmaqda davam edənlər qorxmadan deyə bilərəm ki, hansısa savadsız, gerizəkalı adamlar idi, qarşı tərəfdəkilər isə ali savadlı, yaxşı mövqelərdə qərarlaşmış, nüfuzlu idarələrdə işləyən insanlar idi. 

Yuxarıda səslənən iddialarla bağlı bəzi fikirlər səsləndirmək istərdim. 

Fransızlar ermənilər sevmirlər, kimsə sizi aldadıb. Nə biz, nə də ermənilər fransızların vecinə deyil. Onlar sadəcə olaraq hadisələrin erməni variantı ilə daha ətraflı tanışdırlar – bu isə bizim günahımızdır, istisnasız olaraq bizim. Bu, erməni diasporasının bizimkindən daha effektiv işləməsinin göstəricisidir. 

Əgər siravi fransızın erməni dostları konyak süfrəsi arxasında ona genosid haqda, özlərinin Qarabağdakı kökləri və erməninin ilk meymundan törəməsi, beləliklə, ən qədim xalq olmaları haqda gözüyaşlı danışırsa, onda inanın ki, həmin fransız faktları dəqiqləşdirmək üçün tarix kitablarına cummayaq. 

Fransızlar və parislilər əksər hallarda müsəlmanlara tolerant yanaşırlar, bunun ən parlaq sübutu hər cümə günü küçələrin namaz qılan dindarlarla dolub daşmasıdır. 

Razılaşın ki, Bakıda, əksəriyyətini müsəlman çoxluğun təşkil etdiyi ölkənin paytaxtında belə bu tip mənzərələrlə qarşılaşmaq çətindir.  

Cümə günü konsertə qulaq asmağa, futbol matçına baxmağa və dostlarla pivə içmək üçün restorana gələn sadə, dinc sakinlər dünya siyasətində baş verənlərə görə məsuliyyət daşımırlar. Bu insanlar ağıldankəm fanatiklər tərəfindən güllələnməyə, bombalanmağa layiq deyildilər, həm də onları öldürənlərin bəziləri sadə fransızların etibarından və təmkinindən istifadə edib qaçqın adıyla ölkəyə soxulanlar idi. 

Fransızların bizə yazığının gəlməməsinə qaldıqda isə... 
Vətəndaşlar, hər halda siz bu fikri səsləndirəndə ciddi deyilsiz. Fransızların böyük əksəriyyəti 5-6 il əvvələ qədər Azərbaycan adlı ölkənin mövcudluğundan belə xəbərsiz idilər. Əvəzində isə "dənizdən dənizə uzanan böyük Ermənistan”dan xəbərləri vardı. 
Yadımdadır 2009-cu ildə Fransaya uzun çəkən səfərimdə dostlarımın valideynlərinə xəritədə Azərbaycanın yerini göstərmək və tarix haqda danışmaq üçün necə əlləşib vuruşurdum. Bu, fransızların günahı deyil, bu, bizim diasporamızın işinin bu ölkədə tamamilə iflasa uğradığının daha bir göstəricisidir.
 
Seksual məsələlər barədəki bəndə isə, hər bir ağlı başındakı və informasiyanı analiz edərkən hansısa boş-boş iddialara deyil, öz şüuruna arxalanan bir insan kimi ümumiyyətlə münasibət bildirmək istəmirəm. 

Mərhəmət hissi oyatmaq üçün bəzi vətəndaşlar Suriya xalqı, Türkiyədəki terraktları və Sinayda qəzaya uğrayan rus təyyarəsini xatırladırlar. Bəziləri hətta 19 mayda Bakıda baş verən faciəni də xatırlatdılar, nə dəxli varıydı anlamasam da. 

Söz demək xatirinə, qəfildən azərbaycanlı, hətta müsəlman olduqlarını xatırlayan bu vətəndaşlar dərhal öz profillərini Azərbacan bayrağının şəkilləriylə rənglədilər. Bəziləri lap irəli gedib Türkiyə bayrağını seçdilər. Paris terroruna qədər böyük ehtimalla vətəndaşların ağlına bu fikir gəlməmişdi. Yeri gəlmişkən, belə iddialarla çıxış edən patriotların  önəmli bir qismi uzun illər əvvəl Avropya köçənlər idi. Avropanın mərkəzində yaşayırlar, ancaq öz doğma ölkələrindən bir balaca çirki yaşadıqları ölkəyə və sakinlərə atmağa da ərinmirlər. 

Həm də o məlum oldu ki, bu vətəndaşların çox zəif yaddaşı var, yoxsa onların əllərini, dizlərini döyərkən və saçlarını yolarkən məruz qaldıqları qeyri-adi unutqanlığı necə başa düşmək olar?
Onlar opponentlərini bombardmana tutanda, nədənsə bir vaxtlar türklərin, suriyalıların, misirlilərin, fələstinlilərin, rusların acılarını bölüşməyi unudanlar idi... Əvəzində onların yerinə bölüşənlər var idi. Onlarelə bu gün fransızların kədərini də bölüşənlər idi. 

Statuslar da yazırdılar, fotolar da paylaşırdılar, qardaş ölkəyə dəstək kimi Türkiyə bayrağını qaldırırdılar, Rusiya Federasiyası səfirliyinin binası önünə çiçəklər düzürdülər.

Nə demək olar, bəzi insanlarda nadir hallarda baş qaldıran patriotizm necəsə iyrənc emosiyalar və reaksiyalarla da müşayət oluna bilir, əslində isə belə insanların özləri yazqdırlar, mərhəmətə və başa düşülməyə ehtiyacları var.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM