Fransızlar Azərbaycanda şərab istehsal edə bilər

11:22 | 12.02.2015
Fransızlar Azərbaycanda şərab istehsal edə bilər

Fransızlar Azərbaycanda şərab istehsal edə bilər

Fevralın 11-də İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev Fransa Senatının üzvü, keçmiş nazir və Elzas regionunun nümayəndəsi Jan-Mari Bokel ilə görüşüb.

Nazir görüş zamanı bunları bildirib:

"İki ölkə arasında ticarət əlaqələri genişlənir, qarşılıqlı investisiya qoyuluşları həyata keçirilir. Fransız şirkətləri ölkəmizdə neft-kimya, qida sənayesi, kənd təsərrüfatı, maşınqayırma, turizm və s. sahələrdə fəaliyyət göstərirlər”.

O həmçinin Azərbaycan ilə Elzas regionu arasında əməkdaşlığın genişləndirilməsi imkanları,  sənaye sahəsində, eləcə də sənaye parklarında fransız şirkətlərinin iştirakı, kənd təsərrüfatı, şərabçılıq və s. sahələrdə əlaqələrin inkişafı üçün geniş potensial olduğunu qeyd edib.

Jan-Mari Bokel isə öz növbəsində iki ölkə arasında iqtisadi əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.//Oxu.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM