Məlum olduğu kimi, Fransanın “Sent-Etyen” klubunun Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən biri də son Azərbaycan çempionu “Qarabağ”dı. ANN.Az “Futbolinfo.az”a istinadən xəbər verir ki, yerli “Ekip” (www.lequipe.fr) nəşri də bu gün "ağ-yaşıllı" komandanın qrupdan çıxmaq şanslarını təhlil edən yazı dərc edib. Həmin yazıda qrupdakı digər komandalarda olan "İnter" (İtaliya) və "Dnepr"in (Ukrayna) hansı ölkəyə mənsub olduğu düzgün göstərilsə də, "Qarabağ"la bağlı informasiya düzgün yerləşdiriləməyib. Hər zaman mənfur qonşularımız ermənilərin və onların ölkəsinin tərəfini saxlayan fransızlar bu dəfə də öz çirkin niyyətlərini güzlətməyiblər. Belə ki, həmin yazıda "Qarabağ" Azərbaycan yox, məhz Ermənistan klubu kimi təqdim olunub.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !