“Freddi” siklonu Afrikada 463 nəfərin ölümünə səbəb olub

16:05 | 18.03.2023
“Freddi” siklonu Afrikada 463 nəfərin ölümünə səbəb olub

“Freddi” siklonu Afrikada 463 nəfərin ölümünə səbəb olub

"Freddi" tropik siklonu Afrikanın cənub-şərqində 463 nəfərin ölümünə səbəb olub.

Bu barədə Cənubi Afrika Respublikasının SABC radiostansiyası məlumat yayıb.

Ən çox ziyan 360 nəfərin öldüyü Malaviyə dəyib. Minlərlə evin və digər tikililərin dağılması nəticəsində dəymiş maddi zərər on milyardlarla dollarla qiymətləndirilir.

Hind okeanında formalaşmış "Freddi" siklonu 38 gün davam edib və martın 14-ü axşam saatlarında səngiyib. Planetin bu hissəsində indiyədək qeydə alınmış əz uzunmüddətli siklon olan "Freddi”nin episentrində küləyin maksimal sürəti 62,6 m/s-ə çatıb. 8000 km-dən çox məsafə qət edən siklon Mavriki, Madaqaskar, Malavi və Mozambikə ziyan vurub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM