Freedom House ABŞ-a irad bildirdi

13:30 | 21.08.2014
Freedom House ABŞ-a irad bildirdi

Freedom House ABŞ-a irad bildirdi

"Dünyanın diqqətinin Ferqusona yönəldiyi bir vaxtda ABŞ-ın fundamental hüquqlara və qanunun aliliyinə davamlı sadiqliyini göstərməsi vacibdir". 
Trend-in "Freedom House" təşkilatının saytına istinadən verdiyi məlumata görə, bu barədə təşkilatın prezidenti Devid Kremerin ABŞ-ın Missuri ştatındakı Ferquson şəhərində baş verən hadisələrə dair bəyanatında deyilir.
Bəyanatda qeyd olunur: "Maykl Braunun ölümü ilə bağlı istintaq davam etdiyi bir vaxtda, bu məsələdə bütün tərəflər - ABŞ və digər demokratik ölkələr fundamental sayılan prinsiplərə sadiq qalmalıdırlar. Bu prinsiplərə dinc nümayişçilərin sərbəst toplaşmaq və fikirlərini ifadə etmək, zorakılıqdan yayınmaq, jurnalistlərin hədə-qorxu və təqib olmadan hadisələri işıqlandırmaq imkanının olması daxildir".
Qeyd edək ki, avqustun 9-da ABŞ-ın Missuri ştatındakı Ferquson şəhərində 18 yaşlı Maykl Braun adlı afro-amerikan gəncin polis tərəfindən güllələnərək öldürülməsinə etiraz edən sakinlər və polislər arasında iğtişaşlar baş verib. Polis iğtişaşlarla bağlı etirazçılardan bir çoxlarını həbs edib.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM