Kanadanı təsiri altına alan fırtına ölkənin şərqində həyat iflic vəziyyətə salıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, çətin hava şəraitinə görə Ontario, Quebec və Nyu-Brunsvik şəhərlərində 400 mindən çox evə verilən elektrik enerjisi kəsilib. Yolların və piyada səkilərinin buz bağladığı və Milad tətilinə getmək istəyən vətəndaşların planının pozulduğu bildirilir. Torontodan Nyu-Foundlend şəhərlərinə qədər çox sayda vətəndaşın aeroportlarda qaldığı qeyd olunur.Toronto Bələdiyyəsinin sədri Rob Ford, bu fırtınanın şəhər tarixində baş verən ən böyük fırtınalardan biri olduğunu söyləyib.Şərqi Kanada bölgəsində 1998-ci ilin yanvarında baş verən fırtınada 24 nəfər ölmüş, 3 milyon nəfər isə elektrik enerjisiz qalmışdı.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !