"Bizim məlumata əsasən 2400-dək Rusiya vətəndaşı bu təşkilatın fəaliyyətində iştirak edir və bu, kifayət qədər böyük rəqəmdir”, - FSB-nin (Federal Təhlükəsizlik Xidməti) direktor müavini Sergey Smirnov deyib.
Onun sözlərinə görə, qruplaşmanın sıralarına artıq Mərkəzi Asiya dövlətlərinin 3 minədək vətəndaşı daxil olub.
FSB-nin daha əvvəlki dəyərləndirməsinə görə, İslam Dövləti qruplaşması üzvlərinin 8 faizi rusiyalılardan ibarətdir.
Çihadçı təşkilatın ideyalarına ən çox rəğbət bəsləyənlər Şimali Qafqaz sakinləridir, ekspertlər bildirir.
Bununla belə, İslam Dövləti qruplaşması sıralarına daxil olmaq üçün Suriya və İraqa yollananlar arasında müsəlman bölgələrindən aralıda yerləşən bir neçə Rusiya regionunun sakinləri də var.
Rusiyada qadağan edilmiş qruplaşmanın ideyaları döyüşçülərdən başqa, dinc peşələrin sahibləri və nikaha qirəcək "potensial həyat yoldaşını” da cəlb edir. //bbc.com/azeri
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !