ANN.Az xəbər verir ki, ABŞ-ın daxili təhlükəsizlik xidməti olan FTB-dən Martın Luter Kinqə gedən imzasız göndərilən məktubda "saxtakar, şeytan, zinaçı" kimi ittihamlar səslənib.Məktub bütöv halda "New York Times"da dərc olunub. Kinqin məşhur "Bir arzum var" adlı nitqindən sonra göndərilən imzasız məktub müəyyən hissələri ixtisar olunmaqla daha əvvəllər mətbuatda dərc olunub. Adına "intihar məktubu" deyilən sənəddə FTB Kinqdən "intihar etməsini istədiyi" iddia edilirdi.Məktubun senzuralanan hissəsinin əhəmiyyətli bir qisimində Martın Luter Kinqin cinsi həyatı ilə əlaqədar olduğu ortaya çıxıb. Məktubda Kinqə "saxtakar, zinaçı, şeytan, pislik, gerizəkalı" kimi təhqirlər söylənilir. Məktubun adsız sahibi Kinqin qadınlarla olan əlaqələrinə dair çox şey bildiyini eyham vurur, "Özünü dinlə, səni pislik, anormal heyvan. səsini yazmışıq" deyərək bir səs yazısı da əlavə edildiyi bildirilir."YALNIZ 34 GÜNÜN VAR"Kinqin və yoldaşlarının "qrup seks", "zina" və "əxlaqsız əlaqələr" yaşadığını irəli sürən məktubda Kinqdən əvvəlki qaradərili liderlər də xatırladılır və onları Martın Luterdən daha yüksəkdə tutur. Məktub - "Kinq, sənin üçün edəcək yalnız tək bir şey qaldı. Bunun nə olduğunu bilirsən. Yalnız 34 günün var. İşin bitdi. Sənin üçün yalnız tək bir çıxış yolu var. Pislik, anormal saxtakar şəxsiyyətin ölkəyə göstərilmədən əvvəl bunu etsənsə yaxşı olar" deyərək onu intihar etməyə səsləyir.ABŞ gizli xidmətlərinin uzun illər hədəfində olan qaradərili ölkə vətəndaşlarının haqqları müdafiə edən Martın Luter Kinq 1968-ci il aprelin 4-də Memphisdə 39 yaşında öldürülüb.ANN.Az