Mayın 16-da Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılan azərbaycanlı jurnalist Fuad Abbasovun audioyazısı yayımlanıb.
Yazıda F.Abbasov həbs olunma səbəblərini açıqlayıb. O bildirib ki, həbsinin Rusiyadakı Azərbaycan diasporu ilə heç bir əlaqəsi yoxdur.Jurnalist həbsində əsas səbəb kimi azərbaycanlıların Rusiyada hüquqlarının pozulmasını göstərib.
F.Abbasov qeyd edib ki, onun saxlanmasının əsas səbəbini jurnalist Maksim Şevçenko səsləndirib.
Qeyd edək ki, F.Abbasov miqrasiya qanunvericiliyini pozmaqda təqsirli bilinir. Mayın 28-də onun Azərbaycana deportasiyası nəzərdə tutulsa da, bu, qeyri-müəyyən səbəblərdən təxirə salınıb. İyunun 7-də F.Abbasov aclıq aksiyası elan edib.
Bundan əvvəl Azərbaycan Xarici İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, Fuad Abbasovla bağlı məsələ Azərbaycanın Rusiyadakı səfirliyinin nəzarətindədir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !