Futbol hakimi oyun vaxtı huşunu itirib

18:30 | 22.09.2021
Futbol hakimi oyun vaxtı huşunu itirib

Futbol hakimi oyun vaxtı huşunu itirib

Qadın futbolçular arasında Avropa çempionatının Almaniya - Serbiya seçmə oyununda insident baş verib.

İngiltərəli yan xətt hakimi Elen Edvards matçın startından yarım saat sonra huşunu itirib.

İlkin yardım göstərildikdən sonra o, özünə gəlsə də, işini davam etdirə bilməyib. Edvards tribunalardakı 1600 nəfərlik azarkeşin alqışları ilə meydanı tərk edib. Xəstənaya çatdırılan referinin vəziyyətinin sabit olduğu bildirilib.

Qarşılaşma Almaniyanın 5:1 hesablı qələbəsi ilə bitib.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb