Futbol klubları böhranda - Rubl düşür

10:30 | 10.11.2014
Futbol klubları böhranda - Rubl düşür

Futbol klubları böhranda - Rubl düşür

Rublun dəyərdən düşməsi dövlət tərəfindən maliyyələşən futbol klublarına öz təsirini göstərəcək. ANN.Az-ın musavat.com-a istinadla verdiyi xəbərə görə, belə bir xəbərdarlıqla Moskvanın “Spartak” klubunun sahibi Leonid Fedun çıxış edib.Onun qiymətləndirməsinə görə, 5 komandanın maliyyə problemləri başlayacaq. “Məsələ ondadır ki, əvvəl məbləğlər bir cür fiksə olunubsa, indi o məbləğdən qat-qat çox ödəmək lazım gələcək. Rusiyanın futbol komandaları üçün olduqca ağır maliyyə dövrü başlayır”, - deyə o qeyd edib.“Yadınızdadırsa, bütün futbolçularla müqavilə avro ilə bağlanıb. Avro isə rubla münasibətdə 50 faiz bahalaşıb. Bizim kimi klublar üçün bu, çox xoşagəlməzdir. Yəni, xərclər artıb, gəlirlər isə əvvəlki kimi qalıb” – deyə klubun sahibi əlavə edib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM