Futbol matçlarının vaxtının azaldılması təklif olundu

19:00 | 05.05.2020
İngiltərədə futbol matçlarında vaxtın azaldılması təklif olunub.

"Report”un məlumatına görə, bu barədə "BBC Radio”ya Peşəkar Futbolçular İttifaqının prezidenti Qordon Teylor məlumat verib.

Funksioner səlahiyyətli nümayəndələr və səhiyyə işçiləri ilə bir araya gəldikdən sonra oyunlar üçün protokol hazırlandığını vurğulayıb. O, gələcəyi bilmədiklərini və bəzi təkliflərin olduğunu sözlərinə əlavə edib: "Daha çox ehtiyat oyunçunun olması və matçda hissələrin 45 dəqiqədən qısa olması təkliflər arasındadır”.

Qeyd edək ki, İngiltərə Premyer Liqası martın13-də koronavirus pandemiyasına görə dayandırılıb

www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM