Futbol üzrə Braziliya çempionatının 38-ci turunda “Atletiko Paraneanse” klubu ilə “Vasku da Qamma” komandası arasında keçirilən oyunda bədbəxt hadisə baş verib.
ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, oyunun 70-ci dəqiqəsində qonaq komandanın fanatları “Atletiko Paraneanse” klubunun tribunasına gələrək dava salıb. Nəticədə iki azarkeş dünyasını dəyişib. Bu xəbəri “Globo” agentliyi də təsdiq edib. Mənbə yazır ki, stadionda baş verən xaosun qarşısını almaq üçün polis gözyaşardıcı qazdan istifadə edib. Stadionda vəziyyət stabilləşdikdən sonra matç yenidən davam edib və yerli komanda “Atletiko Paraneanse” qonaqları 5-1 hesabı ilə darmadağın edib. Xatırladaq ki, “Atletiko Paraneanse” bu qələbədən sonra 3-cü yeri tutub. “Vasku da Qamma” komandası isə 18-ci yerdə qərarlaşaraq güclülər dəstəsindən çıxmaq təhlükəsii ilə üzləşib.ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !