Anews.az-ın məlumatına görə, 28 yaşlı yarımmüdafiəçi evdə Panamaya 1:2 hesabı ilə uduzduqları 2022-ci il dünya çempionatının seçmə oyununda fərqlənib.
O, 12-ci saniyədə hesabı açıb və mundialların seçmə matçlarında ən sürətli üçüncü qola imza atıb.
Bu, həmçinin Şimali, Mərkəzi Amerika və Karib hövzəsi ölkələri Futbol Konfederasiyasının (CONCACAF) təsnifat mərhələlərində vurulmuş ən erkən qol olub.
Rekord belçikalı Kristian Bentekeyə məxsusdur. 31 yaşlı hücumçu 2016-cı ildə DÇ-2018-ə gedən yolda Cəbəllütariqı 6:0 hesabı ilə yendikləri qarşılaşmanın 8-ci saniyəsində fərqlənib.San Marino millisinin sabiq üzvü Davide Qualtyeri 1993-cu ildə İngiltərəyə 1:7 hesabı ilə uduzduqları matçın 9-cu saniyəsində qol vurub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !