Futbol tarixinin ən yadda qalan 10 transferi - SİYAHI

17:41 | 10.03.2014
Futbol tarixinin ən yadda qalan 10 transferi - SİYAHI

Futbol tarixinin ən yadda qalan 10 transferi - SİYAHI

Dünya futbol tarixinin ən yadda qalan 10 transferi müəyyənləşib.

Qol.Az-ın məlumatına görə, siyahıya "Real" (Madrid) klubunun hücumçusu Kriştiano Ronaldo başçılıq edir.

2009-cu ildə 94 milyon avroya "Mançester Yunayted"dən "Real" (Madrid) klubuna transfer olunan portuqaliyalı futbolçunun keçidi böyük səs-küyə səbəb olmuşdu.

2000-ci ildə "Barselona"dan "Real" (Madrid) klubuna transfer olunan Luiş Fiqo ikinci, ötən il "Tottenhem"dən "Real"a keçən Qaret Beyl isə siyahıda üçüncü olub.

 1. Kriştiano Ronaldo - 2009-cu ildə 94 milyon avroya "Mançester Yunayted"dən "Real" (Madrid) klubuna transfer olub.

2. Luiş Fiqo - 2000-ci ildə 60 milyon avroya "Barselona"dan "Real" (Madrid) klubuna transfer olub.

3. Qaret Beyl - 2013-cü ildə 91 milyon avroya "Tottenhem"dən "Real" (Madrid) klubuna transfer olub.

4. Robin van Persi - 2012-ci ildə 30 milyon avroya "Arsenal"dan "Mançester Yunayted"ə transfer olub.

5. Robinyo - 2008-ci ildə 43 milyon avroya "Real" (Madrid) klubundan "Mançester Siti"yə transfer olub.

6. Erik Kantona - 1993-cü ildə 1 milyon 800 min təzminat qarşılığında "Lids"dən "Mançester Yunayted"ə transfer olub.

7. Məsut Özil - 2013-cü ildə 50 milyon avroya Madrid "Real"ından "Arsenal"a transfer olub.

8. Soul Kembl - 2001-ci ildə azad agent kimi "Tottenhem"dən "Arsenal"a transfer olub.

9. Karlos Tevez - iki mövsüm icarə əsasında "Mançester Yunayted"də oynayan Tevez 29 milyon avroya "Vest Hem'dən "qırmızı şeytanlar"a transfer olub.

10. Tyeri Anri - 2007-ci ildə 21 milyon avroya "Arsenal"dan "Barselona"ya transfer olub.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM