Futbol ulduzu karyerasını başa vurdu

13:16 | 16.12.2014
Futbol ulduzu karyerasını başa vurdu

Futbol ulduzu karyerasını başa vurdu

Fransa futbolunun canlı əfsanəsi Tyeri Anri karyerasını rəsmən başa vurub.

ANN.Az Qol.Az-a istinadən xəbər verir ki, 37 yaşlı futbolçu bundan sonra şərhçilik edəcəyini açıqlayıb:

"20 illik futbol karyeramı bitirmək qərarı verdim. "Monako", "Yuventus", "Arsenal", "Barselona", "Nyu-York Red Bulls" və Fransa millisindəki komanda yoldaşlarım və mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Londona qayıdaraq "Sky Sports"a qatıldığım üçün məmnunam. Ümid edirəm ki, sizinlə daha çox təcrübə və öyrəndiklərimi paylaşacam".

Qeyd edək ki, 2010-cu ildə "Barselona"dan ayrılaraq "Nyu-York Red Bulls" klubuna üz tutan təcrübəli futbolçu bu komandanın heyətində keçirdiyi 122 oyunda 51 qol vurub və 42 məhsuldar ötürmə verib. 2012-ci ildə komandanın ən dəyərli futbolçusu seçilən Anrinin ən parlaq karyerası "Arsenal"da olub.

1999-cu ildə "Yuventus"dan "Arsenal"a transfer olunan Anri London təmsilçisinin heyətində keçirdiyi 377 oyunda 228 dəfə rəqib qapılarına yol taparaq klubun ən çox qol vuran futbolçusu adını qazanıb. O, "Arsenal"la iki dəfə Premyer Liqa, 3 dəfə İngiltərə Federasiya kubokunu (FA) qazanıb. Dörd dəfə Premyer Liqanın ən məhsuldar futbolçusu olan Anri 2007-ci ildə "Arsenal"ı "Barselona"ya dəyişib.
 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb