Futbol yığmamız 7 pillə gerilədi

14:58 | 28.11.2013
Futbol yığmamız 7 pillə gerilədi

Futbol yığmamız 7 pillə gerilədi

FİFA milli komandaların reytinq siyahısını açıqlayıb. 

Apasport.az saytının xəbərinə görə, hesabında 363 xal olan Azərbaycan yığması 95-ci pillədə qərarlaşıb. 

Noyabrda 2 yoxlama oyunu keçirən Berti Foqtsun yetirmələri ayın 15-də Estoniyaya 1:2 uduzub, 4 gün sonra Qırğızıstanla qolsuz heç-heçə etməsinin nəticəsində reytinq cədvəlində geriləyib. 

Oktyabrda 407 xalla planetin 88-ci komandası olan millimiz mövqeyini 7 pillə pisləşdirib. Komandamız ötən ay özündən arxada qərarlaşan Efiopiya, Çin, Anqola, Oman, Konqo, Şimali İrlandiya və Salvador millilərindən geri qalır. Yığmamız UEFA ölkələri arasında isə 40-cı yerdədir.

Siyahının ilk 3 pilləsində dəyişiklik olmayıb. İspaniya (1507), Almaniya (1318) və Argentina (1251) yığmaları liderliyini qoruya bilib.

Qeyd edək ki, FİFA növbəti reytinq siyahısını dekabrın 19-da açıqlayacaq. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM