Futbol üzrə Avropa Liqasının qrup mərhələsinə bu gün yekun vurulur

18:43 | 12.12.2013
Futbol üzrə Avropa Liqasının qrup mərhələsinə bu gün yekun vurulur

Futbol üzrə Avropa Liqasının qrup mərhələsinə bu gün yekun vurulur

Növbəti tura vəsiqəni təmin edən Türkiyənin “Trabzonspor” komandası qrupu zirvədə tamamlamaq istəyir. ANS PRESS-in verdiyi xəbərə görə, J qrupunun lideri, Azərbaycan azarkeşlərinin sevimlisi olan “Trabzonspor” futbol klubu səfərdə İtaliyanın “Latsio” komandasının qonağı olacaq.Növbəti tura vəsiqəni təmin edən Türkiyə futbolçuları qrupu da 1-ci yerdə tamamlamaq üçün minimum 1 xal qazanmalıdır. Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Ruslan Abışovun şərəfini qoruduğu Kazan şəhərinin “Rubin” klubu D qrupunun lideri olduğu üçün səfərdə formal xarakterli oyun keçirəcək.Qeyd edək ki, “Rubin” artıq 1/16 finala vəsiqəni təmin edib.Saat 22.00-da başlayacaq oyunlar:A qrupu "Sent Qallen” (İsveçrə) - “Suonsi” (İngiltərə) “Valensiya” (İspaniya) - “Kuban” (Rusiya)B qrupu “Dinamo” (Xorvatiya) - “Ludoqorets” (Bolqarısran) PSV (Hollandiya) - “Çernomorets” (Ukrayna)C qrupu “Zalsburq” (Avstriya) - "Esbyerq” (Danimarka) “Standard” (Belçika) - “Elfsborq” (İsveç)D qrupu “Maribor” (Sloveniya) - “Uiqan” (İngiltərə) “Zulte Varegem" (Belçika) - “Rubin” (Rusiya) E qrupu “Panduri” (Rumıniya - “Pakuş Ferreyra” (Portuqaliya) “Fiorentina” (İtaliya) - “Dnepr” (Ukrayna)F qrupu “Makkabi” (Təl-Əviv, İsrail) - “Bordo” (Fransa) “Ayntraxt” (Frankfurt, Almaniya) - APOEL (Kipr)Saat 00.05-də başlayacaq oyunlar:G qrupu “Tyun” (İsveçrə) - “Genk” (Belçika) “Dinamo” (Ukrayna) - “Rapid” (Avstriya)H qrupu “Eştoril” (Portuqaliya) - “Liberets” (Çexiya) “Frayburq” (Almaniya) - “Sevilya” (İspaniya)I qrupu “Gimaraynş” (Portuqaliya) - “Lion” (Fransa) “Betis” (İspaniya) - “Riyeka” (Xorvatiya) J qrupu “Latsio” (İtaliya) - “Trabzonspor” (Türkiyə) “Apollon” (Kipr) - “Legiya” (Polşa)K qrupu “Tottenhem” (İngiltərə) - “Anji” (Rusiya) “Şerif” (Moldova) - “Tromse” (Norveç)L qrupu "Makkabi” (Hayfa, İsrail) - “Şaxtyor” (Qazaxıstan) PAOK (Yunanıstan) - “Alkmaar” (Hollandiya) Qeyd edək ki, bu 12 qarşılaşmadan sonra 1/16 finalçıların tam siyahısı müəyyənləşəcək.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti