Futbolçu Mahir Emreli COVID 19-a yoluxdu-Serbiya ilə oyunu buraxacaq

09:14 | 12.10.2021
Futbolçu Mahir Emreli COVID 19-a yoluxdu-Serbiya ilə oyunu buraxacaq

Futbolçu Mahir Emreli COVID 19-a yoluxdu-Serbiya ilə oyunu buraxacaq

Azərbaycan millisi Serbiyaya qarşı keçirəcəyi 2022-ci il dünya çempionatının seçmə oyunundan əvvəl itki ilə üzləşib.

AFFA-nın rəsmi saytından xəbər verir ki, Mahir Emrelinin koronavirus testi pozitiv çıxıb. 

UEFA-nın tətbiq etdiyi tibbi protokola uyğun olaraq, 24 yaşlı hücumçu Serbiya ilə qarşılaşmada iştirak etməyəcək.

Bu gün Belqradda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM