Serbiya çempionatının 17-ci turunun "Spartak" - "Borats" oyununda qalmaqal yaşanıb.
Anews.az Trend-ə istinadən xəbər verir ki, matç zamanı hakimin "Borats"ın qapısına penalti təyin etməsinə futbolçular sərt etiraz ediblər. Buna görə iki oyunçunun qırmızı kart almasından sonra "Borats"ın futbolçuları meydanda oturaraq oynamaqdan imtina ediblər.
Sonradan oyun bərpa olunsa da, qonaq futbolçular özlərini "qeyri-adi" aparıblar. Məsələn, qapıçı topu hər dəfə tribunalara atıb.
Oyun "Spartak"ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !