2022-ci il dünya çempionatına ev sahibliyi Qətərdən alınırmı?
2022-ci il dünya çempionatının Qətərdə keçirilməsinin əleyhinə çıxışlar başlayıb.
ANS PRESS-in məlumatına görə, Almaniyanın ən çox satılan qəzetlərindən olan ”Bild” qəzetinin internet saytında ötən gün Qətərin İŞİD terror qruplaşmasına dəstək verməsi iddiası ilə çempionata ev sahibliyi edə bilməyəcəyi xəbəri yazılıb.
Qəzet “Blatter doğrudan da belə söylədimi?” başlığı ilə xəbəri dərc edib. İŞİD terror qruplaşmasına dəstək verən ölkələr arasında Qətərin də adının hallanmasını qeyd edən alman qəzeti, bu barədə fikri də FİFA prezidentinin Norveçdə yüksək vəzifəli futbol mütəxəssisləri ilə keçirdiyi iclas zamanı söylədiyini bildirir.
Şok xəbərdən sonra qəzet qısa müddətdə sorğu keçirib. “Qətərdən 2022-ci il DÇ alınsınmı?” sualına 1500-ə yaxın iştirakçıdan 94 faizi “bəli” cavabını verib.
ANN.Az