Almaniyanın “Şpandau Kikers” klubunun futbolçusu Andres Birmann intihar edib.
Futbolçunun meyiti öz evində tapılıb. Klubun meneceri Günter Haqedorn bildirib ki, futbolçu depressiyadan əziyyət çəkirmiş:
“Andres intihar edib. Biz hamımız şokda və dərin kədər içindəyik”.
Futbolçu uzun illər depressiyadan əziyyət çəkib. O, 2003, 2009, 2012-ci illərdə də intihara cəhd edib.
Qeyde dək ki, Brimann karyerası ərzində “Sankt-Pauli”, “Union” klublarının da şərəfini qoruyub.
Publika.az
Bizi sosial şəbəkələrdə izləyin !