Futbolçu meydanda kameramanı “nokaut”a saldı - VIDEO

11:30 | 16.03.2014
Futbolçu meydanda kameramanı “nokaut”a saldı - VIDEO

Futbolçu meydanda kameramanı “nokaut”a saldı - VIDEO

Almaniya Bundesliqasının 25-ci həftəsi oyunlarından birində gərgin anlar yaşanıb.

ANS PRESS-in xəbərinə görə, ötən gün Almaniya bundesliqasında "Hoffenhem" - "Mainz" qarşılaşması olub. Oyun gərgin mübarizə şəraitində keçib. 

Oyunda ən çox yadda qalan isə qarşılaşmanın 25-ci dəqiqəsində "Hoffenheim"in futbolçusu Andreas Bekin meydanın kənarında dayanan kameramana çırpılması olub. Futbolçunun kameramana çırpılması nəticəsində kameraman özündən gedib. 

Sağ cinah müdafiəçisi Andreas Bek sürətini tənzimləyə bilmədiyi üçün belə bir hadisənin baş verdiyini bildirib. Yerə yıxılan kameramanın üzərinə çəkiliş aparatı da aşıb. 

Xoşagəlməz qəzadan sonra kameraman dərhal xəstəxanaya aparılıb. Vəziyyətinin ağır olduğu bildirilsə də, rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, sözügedən oyun qonaqların 4-2 üstünlüyü ilə sona çatıb.

ANS PRESS

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM