“Rubin”Kazana məxsus “Beşiktaş”da icarə əasında oynayan, Türkiyə millisinin də şərəfini qoruyan Gökhan Töre yenə də diqqət mərkəzinə düşüb.
“Qafqazinfo” xəbər verir ki, mövsüm ərzində “Fənər”lə keçirilən matçdan sonra gecə klublarının birində silahla belindən yaralanan Gökhan, bu dəfə özü silaha əl atıb.Belə ki, bir neçə həftə bundan qabaq millinin təlim-məşq toplanışı zamanı bir araya gəldiyi vaxtda Gökhan silahla yığmanın digər iki üzvü olan Hakan Çalhanoğlu və Ömer Topraka hücum çəkib. Buna səbəb kimi isə futbolçular arasında əvvəlcədən baş verən mübahisələr göstərilir. Gökhan əlinə silah, ətrafına da bir neçə dostunu toplayaraq oteldə Hakanın və Ömerin qaldığı otağa hücum çəkib, hətta futbolçuların ağzılarına da silah dayayıb. Bu hadisədən xəbər tutan “Beşiktaş” klubu gələn mövsüm heyətinə qatmağı planlaşdırdığı Gökhan Töreni klubdan qovub.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !