Futbolçudan oğlunu qurban verməsini istədilər - ŞOK

16:35 | 15.11.2014
Futbolçudan oğlunu qurban verməsini istədilər - ŞOK

Futbolçudan oğlunu qurban verməsini istədilər - ŞOK

İsveçrənin "Sürix" klubunda top qovan 32 yaşlı futbolçu Gilles Yapinin verdiyi açıqlama insanları şoka salıb.ANN.Az dünya mətbuatına istinadən xəbər verir ki, bir uşaq atası olan Yapi bildirib ki, ondan oğlunu din uğrunda qurban verməsini istəyiblər. Müstəqil bir protestant kilsəsinə üzv olan futbolçu kilsənin vebsaytında yayımlanan videoda qara magiyaya inandığını deyib:"Bir tanış vasitəsilə gizli qüvvələrlə tanış oldum. O andan etibarən vəziyyətim getdikcə pisləşdi. Ayağımın altından yer qaçdı, depressiyaya düşdüm və intiharın bir addımlığına gəldim. Məndən din uğrunda oğlumu qurban verməyimi istədilər. Artıq son həddə çatdım və heç vaxt buna razı olmazdım ki, oğlumu qurban verim".Tanrıdan başqa heç kimə inanmadığını deyən Yapi "Tanrı mənim rəhbərimdir.  Həzrəti İsa isə idman rəhbərimdir. Müqəddəs ruh isə məşqçim", deyə sözlərini tamamlayıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti