İngiltərənin nüfuzlu qəzetlərindən biri futbol aləmini silkələyəcək xəbər yayıb.
ANS PRESS-in məlumatına görə, İngiltərənin "Daily Star” qəzeti "5 futbol ulduzu gilzi mücahiddir” sərlövhəli xəbərində ölkələrindən İŞİD terror qruplaşmasına qatılmaq üçün 5 futbolçunun Con ləqəbli başkəsənlə əlaqəyə girdiyi bildirilir.
Təhlükəsizlik nümayəndələri məsələdə adı hallanan futbolçulardan birinin "Arsenal” oyunçuları sırasında olan 28 yaşlı Rodriqez da Kosta olduğunu vurğulayıblar.
Xəbərdə Rodriqez və qardaşı Edqarın eyni qrupun üzvü olduqları iddia edilir.
Digər futbolçuların isə Portuqaliyanın "Sportinq Lissabon” klubunda forma geyinən Fabio Pokas və Sandro adlı birinin olduğu yazılıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !