Bütün qərarlar dövlət səviyyəsində qəbul olunacaq - Qurban Qurbanov

00:33 | 14.05.2024
Bütün qərarlar dövlət səviyyəsində qəbul olunacaq - Qurban Qurbanov

Bütün qərarlar dövlət səviyyəsində qəbul olunacaq - Qurban Qurbanov

Maraqlı görüş oldu. Gələcəkdə həyata keçirmək istədiyimiz ümumi planlarla bağlı danışdıq. Diqqət ayırmalı olduğumuz mövzular barədə müzakirələr aparıldı.Bu sözləri Qurban Qurbanov AFFA-nın İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.
 
İcraiyyə Komitəsinin üzvü tədbirdə müzakirə olunan məsələlər barədə danışıb: "Futbolumuzun gələcək planları ilə bağlı uzun söhbətlərimiz oldu. Daha çox nələrə diqqət ayrılmalıdır, bu barədə müzakirələr getdi”.
 
"Qarabağ”ın baş məşqçisi yeni mövsümdə klub sayının artırılmamasının səbəbini izah edib: "Klubların hazırkı şəraiti, infrasturktur nəzərə alınaraq komanda sayının artırılmamasına qərar verildi. Hazırda Premyer Liqada elə komandalar çıxış edir ki, onların belə stadion problemləri var. Növbəti illərdə klubların sturkturlarının daha da yaxşılaşdırılması yönündə məsələləri müzakirə etdik. Görünən odur ki, gələcəkdə komandaların strukturlarının yaxşılaşdırılması AFFA tərəfindən ediləcək. Bütün qərarlar dövlət səviyyəsində qəbul olunacaq. Yalnız bundan sonra çempionatda komanda sayı çoxala bilər. Hətta iclasda Premyer Liqada komanda sayının Avropanın aparıcı çempionatlarında iştirak edən klubların sayı qədər artırıla biləcəyindən danışıldı”.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM