Məlum olduğu kimi “Bakı”- “İnter “ matçında ev sahibi komandanın futbolçusu Etto görüşün baş hakimi Rəhim Həsənova göstərdiyi qırmızı vərəqədən sonra kəllə vurub.“Qafqazinfo”ya açıqlma verən hakim Rəhim Həsənov yaşanmış hadisədən olduqca narahat olduğunu dilə gətirib: “Mənə vurulan zərbə Azərbaycan futboluna vurulan zərbə idi. Mən ilk növbədə belə legionerləri Azərbaycana gətirən klubları qınayıram. Legionerlər gələndə bilməlidirlər hara gəliblər, menatiletet fərinin olduğunu öyrənməlidirlər. “Bakı” klubu özü futbolçu ilə danışıb, onu mətbuat önünə çıxarıb üzr istətməlidir. O, təkcə məndən yox AZərbaycan futbolundan üzr istəməlidir. Gör nə günə qalmışıq ki, legionerlər gəlirlər bura bizim çörəyimizi yeyirlər, sonra da bizi döyürlər”
ANNET.Az
Bizi sosial şəbəkələrdə izləyin !