Füzuli-Hadrut avtomobil yolunun tikintisi yekunlaşır

15:30 | 17.01.2023
Başlanğıcını "Zəfər Yolu”ndan götürən və yeni inşa edilən Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yoluna birləşən Füzuli-Hadrut avtomobil yolunun tikintisi yekunlaşır.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Məlumata görə, yolun genişləndirilərək profilə salınması və I texniki dərəcəyə uyğun yeni torpaq yatağının və yol əsasının inşası tam olaraq yekunlaşıb.

Yolun 11-km hissəsində asfalt örtüyünün alt layı döşənib. Yolboyu atmosfer sularının ötürülməsini təmin etmək məqsədilə müxtəlif diametlərə malik 15 suötürücü boru, 7 ehtiyat keçidi, həmçinin dərə sularının ötürülməsi üçün 1 dördbucaqlı su keçidinin tikintisi də sona çatıb.

Yolun 6,7 kilometrində "Qarğabazarı” adlanan ərazidən keçən hissəsində uzunluğu 18 metr, eni isə 21 metr olan bir aşırımlı körpü inşa edilib.

Füzuli-Hadrut avtomobil yolu işğaldan azad edilmiş Füzuli və Xocavənd rayonlarının ərazisindən keçir. O, 4 hərəkət zolağından ibarətdir. Hərəkət zolaqlarına uyğun olaraq yol yatağının eni müvafiq olaraq 21,5 metr, yolun hərəkət hissəsinin eni isə 14 metr təşkil edir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti