Oktyabrın 17-si Füzuli Şəhəri Günüdür.
Füzuli 2020-ci ilin bu günü işğaldan azad edilib. Bu münasibətlə Prezident İlham Əliyev hər 2023-cü ildən başlayaraq hər il bu günü bayram kimi qeyd edilməsi ilə bağlı sərəncam imzalayıb.
"Böyük Qayıdış" Proqramı çərçivəsində 2026-ci ilin sonuna kimi Füzuli şəhəri və 10 kəndin bərpa olunması və təhvil verilməsi nəzərdə tutulub.
Füzuli 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi.
Füzuli Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir.
Prezident İlham Əliyev oktyabrın 10-da Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanladığı müraciətdə bildirib ki, yaxın üç ildə Qarabağa Qayıdış proqramı çərçivəsində 100 min əhalinin azad olunmuş ərazilərə köçürülməsi nəzərdə tutulub.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !