Füzuliyə daha 35 ailə göndərilib

09:42 | 27.03.2024
Füzuliyə daha 35 ailə göndərilib

Füzuliyə daha 35 ailə göndərilib

Martın 27-də Füzuliyə daha 35 ailə - 134 nəfər köçürülüb. Bu barədə Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
 
Bununlada indiyədək Füzuliyə 631 ailənin (2 379 nəfər) daimi məskunlaşması təmin edilib.
 
"Böyük Qayıdış" Proqramı çərçivəsində 2026-ci ilin sonuna kimi Füzuli şəhəri və 10 kəndin bərpa olunması və təhvil verilməsi nəzərdə tutulub.
 
Dekabrın 12-də Qarabağ iqtisadi rayonunun xüsusi nümayəndəsi Emin Hüseynov mətbuata bildirib ki, proqram çərçivəsində 2026-ci ilə qədər Qarabağa 16 min ailənin köçürülməsi planlaşdırlıb. 
 
Prezident İlham Əliyev oktyabrın 10-da  Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanladığı müraciətdə bildirib ki, yaxın üç ildə Qarabağa Qayıdış proqramı çərçivəsində 100 min əhalinin azad olunmuş ərazilərə köçürülməsi nəzərdə tutulub. 


1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən Füzuli 2020-ci ilin oktyabrında işğaldan azad olunub.


Füzuli Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir.
 
Gülnar Nazimqızı 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM