G-20 liderləri 1 ton dönər yedilər

10:33 | 20.11.2015
G-20 liderləri 1 ton dönər yedilər

G-20 liderləri 1 ton dönər yedilər

Tədbirdə 400 nəfəri aşpaz olan min nəfərlik heyət 24 saat fasiləsiz xidmət göstərib.

Ötən həftə Türkiyədə keçirilən "Böyük iyirmiliyin” (G-20) sammitində iştirak edən liderlər 1 ton dönər yeyiblər. ANS PRESS-in məlumatına görə, yerli qəzetlərdən biri dünya liderlərinin tədbir boyu ən çox qəbul etdiyi təamların siyahısını açıqlayıb. 

Bildirilir ki, qonaqlar G-20 sammitinin keçirildiyi Antalya şəhəri Serik rayonunun Belek məhəlləsindəki "Təhlükəsiz ərazi”də olan otellərdə qalıblar. Burda ölkə başçıları əsasən "Regnium Carya”, jurnalistlər isə "Kaya Plazzo” otellərində qalıblar. Qonaqların hər cür ehtiyacını qarşılamaq üçün min nəfərlik heyət 24 saat fasiləsiz fəaliyyət göstərib ki, onlardan 400 nəfəri aşpazlar olub. 

Menyularda Türkiyəyə aid yeməklərə və desertlərə yer verilib. Qonaqlar tərəfindən ən çox dönər, lahmacun, pidə və bənzər yeməklər; desert qismində isə ən çox türk paxlavası tələb olunub. 

Sammit müddərində qonaqlar 1 ton dönər, müxtəlif yeməklərlə 3 ton qırmızı ət, 5 quzu kababı, 1.5 ton toyuq əti, 750 kq balıq, həmçinin 500 ədəd farel və 350 qızıl balıq yeyiblər. 

Normal vaxtlara nisbətən sammit müddətindən ən çox istehlak olunan qida məhsulu isə banan olub. Tətil mövsümündə eyni müddətdə oteldə 18 qutu banan yeyildiyi halda G-20 liderləri nə az, nə də çox 70 qutu banan yeyiblər. Salat məhsulları və düyü də normal vaxtda olduğundan 5 qat çox yeyilib. Yemək vaxtı hər dövlət başçısına öz ölkəsinə aid meyvələr təqdim olunub. Həmçinin liderlərin istəyinə görə əlavə xidmət də göstərilib. 

Səudiyyə Ərəbistanının kralı Salman bin Abdüləziz sadəcə ət yediyi halda, Hindistanın baş naziri Narendra Modi vegeterian olduğu üçün sadəcə təyinatı üzrə yeməklər yeyib. 

Ötən həftə - noyabrın 14 və 15-də Türkiyə Antalya şəhəri Serik rayonunun Belek məhəlləsində dünyanın ən böyük iqtisadi formu, "Böyük iyirmiliyin" sammiti keçirilib. 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM