G7 ölkələrinin görüşü iyunda Brüsseldə baş tutacaq

22:43 | 11.04.2014
G7 ölkələrinin görüşü iyunda Brüsseldə baş tutacaq

G7 ölkələrinin görüşü iyunda Brüsseldə baş tutacaq

G7 ölkələrinin ikigünlük görüşü 4-5 iyunda Brüsseldə keçiriləcək.APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, bu barədə Avropa komissiyasının rəsmi saytında bildirilir.“Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya, ABŞ, Avropa şurasının və Avropa komissiyasının sədrləri 2014-cü il, iyunun 4-5-də G7 formatında Brüsseldə görüşəcəklər”, - sənəddə qeyd edilir.Xatırladaq ki, martın 24-də Avropa şurasının sədri Herman van Rompey “Böyük səkkizlərin” 7 ölkəsinin Rusiyanın Soçi şəhərində keçiriləcək sammitdə iştirak etməkdən imtina etməsini və görüşün G7 formatında Brüsseldə keçiriləcəyini bəyan etmişdi.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM