Birləşmiş Ştatlarda fəaliyyət göstərən “Gallup” İnstitutu dünya ölkələrində cəmiyyətlərin mənfi və müsbət emosiyaların üstünlüyünə dair növbəti rəy sorğusunu açıqlayıb.ANN.Az APA TV-yə istinadən xəbər verir ki, sorğuda Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ regionu ayrıca dövlət kimi göstərilib. İctimai rəyin öyrənmə mərkəzinin keçirdiyi sorğu 137 ölkəni və separatçı bölgəni əhatə edib.Sorğuya cəlb olunan respondentlər bir gün əvvəl özlərini necə hiss etdiklərini deyiblər. Nəticələr əsasında pozitiv və neqativ düşünən ölkələrin reytinqi tərtib edilib. Azərbaycanda sorğuya cəlb olunan respondentlərin 55 faizi bir gün əvvəl müsbət emosiya yaşadıqlarını ifadə ediblər. Ermənistanda bu rəqəm 56 faiz təşkil edib. Ən çox müsbət emosiya yaşanılan ölkələrin ilk onluğuna Paraqvay rəhbərlik edir.Ümumilikdə ilk onluqda yer alan ölkələrin əksəriyyəti Latın Amerikası dövlətləridir. Ən çox mənfi emosiyanın yaşandığı ölkə isə Suriyadır. Vətəndaş müharibəsi gedən bu ölkədə insanların yalnız 36 faizi bir gün əvvəl müsbət emosiya yaşadıqlarını bildiriblər.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !